Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Nikola Yurçeviçin çalışdırdığı kollektiv E qrupu çərçivəsində səfərdə Macarıstanla üz-üzə gəlib.

Bakıda baş tutan ilk oyunda bu rəqibinə 1:3 hesabı ilə uduzan yığmamız iddialı rəqibi büdrətmək arzusundaydı. Üç gün öncə Xorvatiyada 0:3 hesablı darmadağına məruz qalan meydan sahibləri isə mütləq qələbə qazanmalıydı ki, Avropa çempionatına vəsiqə qazanmaq şanslarını saxlasın.

Budapeştdəki “Qrupama Arena” stadionu UEFA tərəfindən cəzalı olduğu üçün matç azarkeşlərə qapalı olub. Qaydalara görə belə görüşləri yalnız uşaqlar izləyə bilərlər. Meydan sahibləri də tribunalara 15 min azyaşlı fanat toplamışdı. Yığmamızı isə təxminən 200 nəfərlik azarkeş qrupu dəstəkləyirdi. 

Matçın taleyini bir qol həll edib. Erkən qol vuran macarlar bu üstünlüyü sonadək qorumaqla millimizə növbəti məğlubiyyəti yaşadıblar.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Xorvatiya Uelsin qonağı olacaq. Qələbə xorvatlara final mərhələsinə vəsiqə verəcək.

AÇ-2020-nin seçmə mərhələsi
E qrupu

13 oktyabr

Macarıstan – Azərbaycan 1:0
Qol: M.Korhut, 10.
Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya).
Budapeşt. “Qrupama Arena” stadionu.

Macarıstan: 1. Peter Qulaç, 3. Mihay Korhut, 5. Botond Barat, 6. Villi Orban, 7. Balaş Dsudsak (k), 8. Mate Vida, 9. Adam Salai, 10. Dominik Soboslai, 14. Gerqo Lovrençiç, 15. Roland Sallai, 20. İstvan Kovaç.
Ehtiyat oyunçular: 12. Denes Dibus, 22. Adam Kovaçik, 2. Adam Lanq, 4. Yanos Ferentsi, 11. Kristian Nemet, 13. David Siqer, 16. Endre Botka, 17. Roland Varqa, 18. Dominik Nod, 19. David Holman, 23. Robert Feçeşin, 23. Filip Holender.
Baş məşqçi: Marko Rossi.
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Eddi  İsrafilov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahrudin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10. Namiq Ələsgərov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 22. Cavid Hüseynov.
Baş məşqçi: Nikola Yurçeviç.