
Miloş Miloviç: "Bu oyuna sonuncu oyun kimi hazırlaşmışdıq" - MÜSAHİBƏ
- 11 Mar 2025 15:00
- 104
"Sumqayıt"ın müdafiəçisi Miloş Miloviç "Kəpəz" üzərindəki 3:0-lıq qələbədən sonra Rekord.az-a müsahibə verib:
- 11 oyunluq qolsuzluqdan sonra qələbə qazandınız. Təəssüratların.
- Öncədən də bilirdik ki, bizi çətin oyun gözləyir. Bu oyuna sonuncu oyun kimi hazırlaşmışdıq. Məhz yaxşı hazırlığımızın bəhrəsini gördük. Oyun əvvəldən axıra demək olar ki. bizim nəzarətimizdə oldu, oyunu biz idarə elədik. Nəticədə uzun sürən susqunlyqdan sonra 3 qol vurduq.
- Növbəti oyunlarda bunu müsbət təsiri yəqin ki olacaq...
- Sözsüz. Bu qələbə növbəti oyunlarda da yaxşı nəticə qazanmaq baxımındna bizim üçün imkanlar yaradacaq.
- Son zamanlar əsas heyətin üzvlərindən birinə çevirilmisən. Özün öz oyunundan nə dərəcədə razısan?
- Yeni gələndə bəzi problemlərim var idi, yaxşı formada deyildim. Buna görə forma yığmağım çətin oldu, bir qədər zaman aldı. Amma hazırda hər şey yoluna düşür, çalışıram oyundan oyuna daha yaxşı oynayım. Təəssüf ki, bugünkü oyunda sarı vərəqə limitini doldurduğumdan növbəti turda "Turan Tovuz"la oyunu buraxacam.
- "Sumqayıt" Premyer Liqada qalacaq?
- (gülür) Təbii ki, qalacaq.