Mingəçevir 2023, Lənkəran isə 2024-cü il üçün Gənclər paytaxtı seçildilər
- 19 Yan 2023 18:28
- 407
Yanvarın 19-da Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. İclasın gündəliyinə əsasən, nazirliyin 2023-cü il üçün perspektiv iş planı təsdiqlənib. “Sabahın alimləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələsi, həmçinin Azərbaycan Respublikasının vahid idman təsnifatı müzakirə edilərək səsvermə ilə qəbul edilib.
İclasda “Gənclər paytaxtının” seçilməsi məsələsinə də baxılıb. Namizəd şəhərlərin təqdimatından sonra elektron səsvermə nəticəsində Mingəçevir şəhəri 2023-cü il, Lənkəran şəhəri isə 2024-cü il üçün “Gənclər paytaxtı” seçiliblər.