“Mingəçevir Reqatası”na yekun vuruldu
- 23 Okt 2022 17:16
- 409
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"na yekun vurulub.
Rekord.az xəbər verir ki, yarışın son 2 mərhələsi "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.
Sonuncu gündə kayak, kanoe və avarçəkmə üzrə daha 8 qalib müəyyənləşib. Azərbaycan təmsilçiləri yarışı 26 medalla ikinci pillədə başa vurublar. Bunların 5-i qızıl, 10-u gümüş, 11-i isə bürünc medal olub.
2005-2006-cı il təvəllüdlü oğlanların 500 metr məsafəyə kayak qayığı ilə yarışında Yeqor Krasnonos (Qazaxıstan) 1-ci, Nika Odeşilidze 2-ci, Deniz Mençinski (Polşa) 3-cü olub.
2 nəfərlik kayak qayığında Taha Erkam Usta - Muhammed Emin Sulak (Türkiyə) cütlüyü finişə hamıdan tez çatıb.
Niko Odeşilidze - Sandro Tezalaşvili (Gürcüstan) dueti 2-ci, Ramil Mustafayev - Rüfət Rəhimov cütlüyü 3-cü yeri tutub.
Bu yaş kateqoriyası üzrə 1 nəfərlik kanoe qayığı ilə qızların 500 metr məsafəyə mübarizəsində Malika Tursun (Qazaxıstan) qızıl, Minaela Paskari (Moldova) gümüş medala sahib çıxıb. Akademik avarçəkmə üzrə 2 nəfərlik qayıqda 500 metr məsafəyə yarışda isə Bahodir Abdurrahmanov - Abdurrahman Abdurrahmanov (Özbəkistan) cütlüyü bütün rəqiblərini qabaqlayıb.
Luka Ortaşvili - Giorgi Qabelaya (Gürcüstan) 2-ci, Nurlan Paşayev - Rəvan Salahov dueti isə 3-cü olub.
2007-2008-ci il təvəllüdlü oğlanların akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə mübarizəsində Maksim Atanasov (Bolqarıstan) qızıl, Marko Latinoviç (Serbiya) gümüş, Savlay Musoyev (Özbəkistan) bürünc medal əldə edib.
Eyni yaş kateqoriyası üzrə oğlanların 2 nəfərlik kayakla 500 metr məsafəyə yarışında hər 3 medala Azərbaycan təmsilçiləri sahib çıxıblar.
Riad İsmayılzadə - Rəşad Dadaşov, Nihad Quliyev - Qiyas Əhmədov və Amil Ramazanov - Niyaz Məlikov cütlüyü müvafiq olaraq, ilk 3 pilləni tutub.
2009-2010 təvəllüdlü oğlanların akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 500 metr məsafəyə mübarizəsində polşalı idmançılardan İvo Sakovski qızıl, Sebastian Nejinski gümüş, Nikoloz İordanaşvili (Gürcüstan) bürünc medal qazanıb.
Bu yaş qrupu üzrə 2 nəfərlik qayıqla eyni məsafəyə mübarizədə isə İvo Sakovski - Nikoloz İordanaşvili (Gürcüstan) cütlüyü finişə 1-ci, Zaur Cəmilov - Nihad Saadov dueti 2-ci, Mustafa Yusifzadə - Kənan Quliyev cütlüyü isə 3-cü çatıb.
Reqata başa çatdıqdan sonra ölkələrin nümunəvi paradı gerçəkləşib. Daha sonra isə qaliblər mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli, deputata Elman Nəsirov və digər rəsmi şəxslər təqdim ediblər.
Xatırladaq ki, beynəlxalq reqatanın açılış mərasimi və birinci mərhələsi Suqovuşanda təşkil olunub.