Mingəçevir reqatasında daha dörd medal
- 16 Okt 2024 17:15
- 227
Azərbaycanın daha dörd təmsilçisi "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıb.
Rekord.az xəbər verir ki, Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev bürünc medal əldə edib.
Onlar 2006-2007 təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə növündə fərqləniblər. Cavid Vəlizadə isə 2008-2009 təvəllüdlü kanoeçilər arasında 1000 metr məsafədə üçüncü olub.
Daha öncə Amil Ramazanov 2006-2007 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak üzrə mübarizəsində birinci olub. Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütlüyü bürünc mükafat əldə edib.
"Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.