
Mİngəçevir stadionunun qazonu süni olacaq
- 19 Mar 2025 12:00
- 391
Yeni sponsorun gəlişi tək "Mingəçevir" klubu üçün yox, elə Mİngəçevir stadionu üçün də "yaşıl işıq" yandırıb.
Rekord.az xəbər verir ki, ASTA sözügedən arenaya da əsaslı şəkildə əl gəzdirəcək.
İlkin mərhələdə tribuna sayında artım gözlənilmir. Lakin hazırkı qazon dəyişdiriləcək. Lakin təəssüflə qeyd etməliyik ki, yeni qazon təbii olmayacaq. Yeni sponsor hazırkı təbii örtüyü süni ilə əvəzləyəcək. Artıq stadionla bağlı ilkin smetanın hazırlıq prosesi yekunlaşmaq üzrədir.