Mingəçevirdə avarçəkmə üzrə ölkə birinciliyi keçirildi
- 12 Mar 2023 02:57
- 361
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2023-cü il 11 mart tarixində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edib.
Rekord.az xəbər verir ki, Gənclər Kuboku adı altında təşkil olunan turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı ölkə birinciliyi uğrunda mübarizə aparıb.
Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışıblar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılıblar. Həmçinin yarışı izləməyə gələn tamaşaçılara da müxtəlif hədiyyələr təqdim olunub.
4-7 may “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunan bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır.
“Gənclər Kuboku”nda fərqlənən idmançılar “Prezident Koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanıb.