ASTA-nın "Mİngəçevir"i himayəyə götürməsi komandanın taleyini də dəyişir.

Rekord.az-a daxil olan məlumata görə, qış fasiləsindən sonra komandanın büdcəsi iki dəfə artırılıb.

Baş məşqçi postuna Füzuli Məmmədovu gətirən "Mingəçevir" heyətdə də köklü dəyişikliyə başlayır. Qışa qədər olan heyətin yarısı göndəriləcək və yeni, daha güclü  transferlər həyata keçiriləcək. Hətta bir neçə legioner futbolçunun də heyətə cəlb olunacağı gündəmdədir.