"Hazırda bütün diqqətimiz qarşıdakı beş oyuna yönəlib. Növbəti mövsümlə bağlı planları mövsüm bitəndən sonra yəqin ki, rəhbərliklə oturub müzakirə edəcəyik".

Bu sözləri Rekord.az-a I Liqa təmsilçisi "Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədov deyib.

Məmmədov gələcəklə bağlı böyük planlarının olduğunu bildirdi: "Planlar böyükdür, bilirsiniz ki, "Mingəçevir"in ciddi hədəfləri var. Lakin ilk növbədə son beş oyundan yaxşı nəticə ilə ayrılmalıyıq. Bundan sonra gələcəklə bağlı, klubun gələn mövsüm üçün büdcəsi ilə bağlı geniş danışmaq olar".