Yeni sponsorun gəlişi ilə "Mİngəçevir"in ciddi transfer çalışmalarına start verəcəyi haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki,  Mingəçevir təmsilçisi ilk ciddi transferini reallaşdırıb.

Yeni baş məşqçi Füzuli Məmmədovun istəyi ilə "Qəbələ"dən Mehrac Baxşalı heyətə cəlb olunub. Onunla 6 aylıq icarə müqaviləsi bağlanıb. Mövsümün sonunda daha 1 illik müqavilə bağlanması mümkündür. Lakin bunun üçün "Qəbələ"nin qərarını gözləmək lazım olacaq. Əgər "Qəbələ" növbəti mövsüm üçün Mehracın xidmətində maraqlı olsa, futbolçu müqavilə ilə məxsus olduğu klubun düşərhəsinə qayıdacaq. Əks halda, "Mİngəçevir"Lə yeni müqavilə bağlayacaq.