Təcrübəli mütəxəssis Ağasəlim Mircavadov "Neftçi"nin qış hazırlıq planındakı qüsurları qabardıb.

Rekord.az xəbər verir ki "CBC Sport"da qonaq olan Mircavadov öncə yoxlama oyunlarının azlığınan söz açıb: "Neftçi"nin Antalyadakı rəqibləri yaxşı komandalardı. LKS Lodz və "Dinamo" Kiyev yaxşı komandalardı. Üçüncü rəqibin kimliyi isə hələlik bilinmir. Ümumiyyətlə 2 həftəlik toplanış üçün 3 yoxlama oyunu azdır. Çünki arada fasilələr çox olacaq. Baş məşqçi niyə belə seçim edib bilmirəm. Hər halda onun işinə qarışmaq istəmirəm".

 

Mircavadov italiyalının transfer siyasətini də bəyənməiyini bilirib: "Deyilənə görə italiyalı hücumçu gətirmək istəyirlər. Buna nə ehtiyac var? Axı sənin hücumçuya ehtiyacın yoxdur. "Neftçi" hücum xəttinə görə ölkədə ən güclüdür. Üstəlik Mİrabdulla da "Səbail"dən geri dönüb. Belə olan halda yeni hücumçuya ehtiyac yoxdur".