Bu gün Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start verilib.

Rekord.az xəbər verir ki, mükafat uğrunda mübarizə aparan A Liqasının ən güclü 8 komandası 1/4 finalda üz-üzə gəlib.

Avropa çempionu İspaniya erkən qol vurmasına baxmayaraq, Niderlandda məğlubiyyətdən son anlarda qaça bilib. Fransa Xorvatiyaya, Portuqaliya Danimarkaya uduzub. İtaliya isə öz meydanında Almaniya ilə bacarmayıb. Bundestim fasilədən sonra geridönüş edib.

Türkiyə yığması da evdə Macarıstan üzərində inamlı qələbəyə sevinib.

UEFA Millətlər Liqası
20 mart

1/4 final

Xorvatiya – Fransa 2:0
Qollar: Budimir, 26. Perişiç, 45+1.

Danimarka – Portuqaliya 1:0
Qol: Höylund, 78.

Niderland – İspaniya 2:2
Qollar: Qakpo, 28. Reynders, 46 – N.Uilyams, 9. Merino, 90+3.

İtaliya – Almaniya 1:2
Qollar: S.Tonali, 9 – Klayndienst, 49. Qoretska, 76.

A və B Liqaları
Pley-offun ilk oyunları

Türkiyə – Macarıstan 3:1
Qollar: O.Kökçü, 9. K.Aktürkoğlu, 69. İ.C.Kahveci, 73 – Şafer, 25.

Avstriya – Serbiya 1:1
Qollar: Qreqoriç, 37 – Samardziç, 62.

Ukrayna – Belçika 3:1
Qollar: Qutsulyak, 66. Vanat, 73. Zabarnı, 79 – Lukaku, 40.

Yunanıstan – Şotlandiya 0:1
Qol: Maktominey, 33-pen.

B və C Liqaları
Pley-offun ilk oyunları

Ermənistan – Gürcüstan 0:3
Qollar: Koçoraşvili, 33. Mikautadze, 37; 59.

Slovakiya – Sloveniya 0:0

Bolqarıstan – İrlandiya 1:2
Qollar: Petkov, 6 – Azaz, 21. Doherti, 42.

Kosovo – İslandiya 2:1
Qollar: Dellova, 19. Recbeçay, 58 – Oskarsson, 22.