MLS klublarının məşq etməsinə qoyulan qadağanın müddəti uzadılıb.

Rekord.az xəbər verir ki, ABŞ və Kanada klublarının mübarizə apardığı çempionatın iştirakçısı olan 26 komandanın hamısına aprelin 24-nə qədər məşq etmək qadağan edilib. Bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.

Dünyada geniş yayılmış koronavirus pandemiyasına görə MLS-də də martın 12-dən oyunlar 30 günlük təxirə salınıb. Daha sonra isə çempionatın mayın 10-na qədər keçirilməyəcəyi açıqlanıb. Bundan əvvəlki məşq qadağası isə aprelin 3-nə qədər idi.