MLS-də yeni rekord
- 08 Okt 2019 14:23
- 994
"Los Anceles"in futbolçusu Karlos Vela MLS liqasında rekorda imza atıb.
Rekord.az xəbər verir ki, 30 yaşlı hücumçu "Kolarado Rapids"lə matçda het-trik edərək cari mövsümdəki qol sayını 34-ə çatdırıb.
Meksikalı futbolçu bu nəticə ilə MLS-də bir mövsümdə ən çox qol vuran oyunçu olub.
Qeyd edək ki, əvvəlki rekord 31 qol vuran Jozef Martinezə məxsus idi.