MOİK Binəyə dönəsi olmadı
- 13:00
- 69
AFFA-nın Bİnə stadionunu təmir etdiyi, süni örtüyü yenisi ilə əvəz edəcək istifadəyə verməsi haqda məlumat paylaşmışdıq.
Rekord.az hətta MOİK-in artıq bu arenaya dönəcəyi haqda da məlumat vermişdi.
Lakin saytımıza açıqlama verən "hərbçilər"in baş məşqçisi Qəzənfər Abbasovun dönüşün baş tutmdığını bildirdi: "Hələ ki, Sumqayıtda məşqlərimizi davam etdiririk. Binəyə dönüşümüz yubanır. Düzdür, stadion təmir olunub, istifadəyə verilib, amma örtük hələ sınqdan keçiriləcək. Sınaq müddəti isə yanvarın sonuna kimi davam edəcək. Buna görə, həmin vaxta kimi məşqlərimizə Sumqayıtda davam edəcəyik.