
MOİK-dən bu səbəbə ayrılıb
- 27 Mar 2025 13:00
- 201
Məlum olduğu kimi, Qəzənfər Abbasov MOİK-in baş məşqçisi postundan ayrılıb.
Rekord.az xəbər verir ki, gənc məşqçi öz istəyi ilə istefa verib.
Səbəbi isə çox maraqlıdır. Belə ki, komanda rəhbərliyi zaman-zaman baş məşqçinin işinə qarışır, ona sərbəst işləmək imkanı vermirdi. Hətta heyət seçiminə belə, müdaxilə olunur, baş məşqçiyə "əsas heyətdə filankəsi oynat" deyə təzyiq edilirdi. Abbasov isə bu şərtlər altında işləməyəcəyini bəyan edərək, istefa verib.