Bu mövsüm də əksər I Divizion klubları ölkə kubokunda iştirakdan imtina etdi.


Rekord.az xəbər verir ki, belə klublardan biri də MOİK oldu.


Əldə etdiyimiz məlumata görə, əslində məşqçilər korpusu və futbolçular kubokda oynamaq istəyib. Hətta bunun üçün Müdafiə Nazirliyinə müraciət də olunub. Lakin nazirlik kubok üçün əlavə vəsait ayırmaq niyyətində olmadığını bildirib və bununla da söhbət bağlanıb.