Bir ara MOİK-in Premyer Liqada iştirakı ilə bağlı məlumatlar yayılmışdı. Hətta bunu Azərbaycan ordusunun yaranmasının 100 illiyi ilə bağlayanlar da var idi.

 

Rekord.az-a daxil olan məlumata görə, həqiqətən də belə bir məsələ gündəmdə olub.

 

Sadəcə MOİK rəhbərliyi bunun üçün AFFA-dan dəstək istəyib. Məlumata görə, Müdafiə Nazirliyi komanda üçün 1 milyonluq büdcə nəzərdə tutub. Bunun isə yarısının AFFA tərəfindən verilməsini təklif edib. Lakin maddi sıxıntını əsas gətirən federasiya bundan imtina edib.