Moldova yığması türk məşqçiyə tapşırıldı
- 29 Okt 2019 17:42
- 767
Futbol üzrə Moldova milli komandasına yeni baş məşqçi təyin olunub.
Rekord.az xəbər verir ki, bundan sonra sözügedən komandanı türkiyəli məşqçi Engin Fırat çalışdıracaq.
Bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
49 yaşlı mütəxəssislə müqavilənin müddəti və detalları açıqlanmayıb. Amma Moldova yığmasını AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Fransa (14 noyabr) və İslandiya (17 noyabr) ilə oyunlara məhz Fıratın çıxaracağı qeyd olunub.
Engin Fırat Moldova yığmasında ukraynalı məşqçi Semyon Altmanı əvəz edib.
Türkiyəli mütəxəssis vaxtilə Ayntraxt “Frankfurt”u, “Fənərbaxça” kimi klublarda köməkçi məşqçi kimi çalışıb. O, “Ahlen”, “İnçeon Yunayted”, “Kayseri Ərciyəsspor”, “Sepahan”, “Göstəriş”, “Saypa” klublarına baş məşqçilik edib. Fırat son illərdə “Kardemir Karabükspor” və “Dallas Siti” klublarında idman direktoru vəzifəsində çalışıb.