"Sumqayıt" ilk transferini reallaşdırıb. Bu barədə məlumatı komandanın baş məşqçisi Vaqif Cavadov "Səbail"lə oyunsonrası mətbuat konfransında verib.
Rekord.az isə həmin oyunçunun kimliyini öyrənib. Bu, Qvineyalı Momo Yansanedir. 28 yaşlı hücumçunun son klubu Kutaisi "Torpedo"su olub.