Fransanın “Monako” klubu futbolçusu Naldo ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

37 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2019-cu ilin yanvarından “Monako”da forma geyinən braziliyalı futbolçunun sözləşməsi mövsümün sonuna qədər idi.

4 dəfə Braziliya millisinin formasını geyinən Naldo, daha əvvəl “Verder”, “Volfsburq”, “Şalke” kimi klubların şərəfini qoruyub.