“Monako” və PSJ-nin rəqibi bəlli oldu
- 07 Yan 2020 18:20
- 771
Futbol üzrə Fransa kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, turnirin son qalibi PSJ bu mərhələdə “Loryan” klubuyla qarşılaşacaq.
“Monako” “Sent-Prive Sent-İler”lə, Lion “Olimpik”i isə “Nant”la üz-üzə gələcək.
Fransa kubokunda 1/16 final mərhələsinin oyunları 18-19 yanvarda keçiriləcək.
Fransa kuboku
1/16 final mərhələsi
Le Mezyer – Limone
Epinal – Sent-Pieroaz
Atletiko (Marsel) – Renn
Dijon – Nim
Pau – Bordo
Sent-Prive Sent-İler – Monako
Nant – Olimpik (Lion)
Red Star – Nitsa
Anje – Ruan
Paris – Sent Etyen
Belfor – Nansi
Qonfrevil – Lill
Monpelye – Kan
Loryan – PSJ
Anqulem – Strasburq
Qranvil – Olimpik (Marsel)