“Monako”nun futbolçusu Mbappenin rekordunu qırdı
- 20 Sen 2024 16:40
- 114
UEFA Çempionlar Liqasının Liqa mərhələsində baş tutan "Monako" - "Barselona" matçında meydan sahiblərinin gənc futbolçusu Corc İlenixena Kilian Mbappenin rekordunu qırıb.
Rekord.az xəbər verir ki, Nigeriya əsilli oyunçu Fransa klubunun heyətində qol vuran ən gənc futbolçu ünvanını ələ keçirib.
Oyun zamanı o, 18 yaş 34 günündə olub. Mbappe isə "Monako"nun heyətində bunu 18 yaş 63 günündə reallaşdırıb. O, "Mançester Siti"yə qol vurmuşdu.
Qarşılaşma Fransa komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Barselona" ilə oyun həmçinin İlenixenanın "Monako"da debüt matçı olub.