Fransanın “Monako” klubunun futbolçusu Jelson Martins cəzalandırılıb.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı hücumçu Fransa Liqa 1-in 22-ci turunun “Nim”lə matçında (1:3) baş hakim Mikael Lesajı itələdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu. 25 yaşlı futbolçu daha sonra referini itələyərək, etirazını bildirmişdi.

Fransa Futbol Federasiyasının İntizam Komitəsi Martinsi 6 aylıq diskvalifikasiya edib. Futbolçunun cəzasının müddəti fevralın 6-dan hesablanacaq.