Moskvada 1 gümüş, 1 bürünc medal
- 07 Dek 2019 22:00
- 1201
Moskvada keçirilən taekvondo üzrə Qran-pri turnirinin final mərhələsində üç taekvondoçumuzdan ikisi medal qazanıb.
Rekord.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani brazilaylı Migel Martinsi, və özbəkistanlı Nikita Rafaloviçi məğlub edərək finala vəsiqə qazansa da, həlledici döyüşdə rusiya təmsilçisi Maksim Kramtçova məğlub olaraq turniri gümüş medalla başa vurub.
Radik İsayev (80 kq yuxarı) isə bürünc medalla kifayətlənib. Digər idmançımız Cavad Ağayev (68 kq) elə ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.
Qeyd edək ki, 42 ölkədən 128 taekvondoçunun qatıldığı yarışlar Moskva şəhərinin "Dinamo" idman arenasında keçirilir. İlk pillədə yer alan idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerə sahib olan idmançı isə 28.8 reytinq xalı əlavə edir.