Azərbaycanda səfərdə olan Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Mouran Sumqayıt şəhərindəki “Qarabağ NN” klubuna baş çəkib.

Rekord.az xəbər verir ki, funksioner idmançılara yaradılan şəraitlə tanış olub, tövsiyələrini verib, karyeralarında uğurlar arzulayıb.

Qitə idman qurumunun rəhbərinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.