“Roma” Avropa Liqasının finalında “Sevilya”ya uduzub (1:1, penaltilər – 1:4).

Rekord.az xəbər verir ki, oyundan sonra keçirilən mükafatlandırma mərasimində İtaliya klubunun baş məşqçisi Joze Mourinyo gümüş medalı azyaşlı azarkeşlərdən birinə verib.

“Sevilya” tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub. Mourinyo isə karyerasında ilk dəfə avrokubokların həlledici qarşılaşmasında yenilib. Öncədən o, beş final matçının hər birində qələbə qazanmışdı.