"Mourinyo qovulanda bütün futbolçular ağladı"
- 24 Apr 2020 15:22
- 809
2007-ci ildə "Çelsi"nin futbolçuları baş məşqçi Joze Mourinyo komandadan qovulduğu üçün ağlayıblar.
Cempion.az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə həmin ildə komandada oynayan Con Terri məlumat verib:
"Mourinyo ayrılanda hamımız gözyaşlarına boğulduq. Çox yaxşı oynamadığımıza dair fikirlər səslənirdi. Mourinyo yanımıza gəlib "Bura qədər, qovuldum" dedi. Hamımızı qucaqladı. Futbolçular ağlayırdılar. "İndi nə edəcəyik?" deyə düşünürdük. Mourinyo bizim atamız kimi idi, bizə başçılıq edirdi".
"Çelsi"nin əfsanəsi bundan sonra klub rəhbərliyi ilə görüşdüklərini deyib: "Rəhbərliklə görüşüb, Mourinyonun qalmasını istədiyimizi söylədik. Onun ən yaxşı məşqçi olduğunu bildirdik. Amma heyf ki, qərar çoxdan verilmişdi. Hönkür-hönkür ağlayırdıq".
Terri Mourinyonun oyunçuları ilə münasibəti haqda da danışıb: "Axşam saat 8-də mesaj yazardı. Həyat yoldaşımız və uşaqlarımızın necə olduğunu soruşardı. Bu mesajları bütün futbolçulara yazardı".