İngiltərənin “Tottenhem” klubunun yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, ötən gün Maurisio Poçettinonu istefaya göndərən London klubu bu postu Joze Mourinyoya həvalə edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Portuqaliyalı mütəxəssislə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

“Portu” və “İnter”i Çempionlar Liqasının qalibi edən Mourinyo son olaraq “Mançester Yunayted”i çalışdırıb. O, 2018-ci ilin dekabr ayında bu klubdan ayrılandan bəri işsiz idi. 56 yaşlı mütəxəssis İngiltərədə “Çelsi”nin də (2004-2007 və 2013-2015-ci illər aralığında) sükanı arxasında çalışıb.

“Tottenhem” Premyer Liqanın geridə qalan 12 turundan sonra 14 xalla 14-cü pillədə qərarlaşıb.