Mourinyodan qadaga
- 11 Dek 2019 17:40
- 1154
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Bavariya” ilə matçöncəsi oyunçularına yeni qadağa tədbiq edib.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis futbolçularına “Bavariya” ilə doğma meydanda oynadıqları və 7:2 hesabı ilə məğlub olduqları ilk matçın videoyazısına baxmağı qadağan edib.
Futbolçularına bu qarşılaşma ilə bağlı nə şəkil, nə də video göstərən Mourinyo bunun səbəbi haqda mətbuata deyib: “Köməkçilərimlə birgə həmin matçın kadrlarını izlədik, ən incə detalları araşdırdıq, amma bir kadr belə oyunçularıma göstərmədim. Heç vaxt da etmərəm”.
Qeyd edək ki, “Bavariya” – “Tottenhem” matçı bu gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.