Mövsümov yenidən federasiya prezidenti seçildi
- 15 Apr 2022 18:00
- 533
Azərbaycan Kamandan Oxatma Federasiyasının ümumi yığıncağı keçirilib.
Rekord.az xəbər verir ki, nazirliyin inzibati binasında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncaqda Azərbaycan Kamandan Oxatma Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib. Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər.
Tədbirin sonunda Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Şahin Mövsümov çıxış edərək, qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.