Mövsümün açılış matçında “Cəlilabad” qalib gəldi
- 22 Okt 2023 22:27
- 352
“Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 2023/24 mövsümünün açılış oyunu baş tutub.
Rekord.az xəbər verir ki, "Sərhədçi" və "Cəlilabad" klubları arasında keçirilmiş oyunu, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və onun müavini general-leytenant Abbas Xəlilov, federasiyanın rəyasət heyətinin üzvləri Vilayət Vəliyev və Bəxtiyar Aslanbəyli də izləyiblər.
Oyun region təmsilçisi "Cəlilabad" klubunun 86-76 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Conson Rid - 19 xal, 5 asist), "Cəlilabad" (Kobi Tomas - 19 xal, 4 ribaund)
İlk turun digər oyunları ("Neftçi" - "Xəzri", "Xırdalan" - "Şəki", "NTD-INDIGO" - "Sumqayıt", "Gəncə" - "Sabah") 27-29 oktyabr tarixləri aralığında baş tutacaq.