Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün rekordu qeydə alınıb.

Rekord.az xəbər verir ki, “Qəbələ” ən böyükhesablı ev qələbəsinin müəllifi olub. 

Bu, 20-ci turun “Sumqayıt”la görüşünə təsadüf edib. 5:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqlə qələbə qazanan ilk komanda olub.

Bunadək rekord “Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilən 18-ci turun oyununda “Zirə”nin qapısından 4 top keçirib. 

Qeyd edək ki, ümumilikdə mövsümün rekordu “Qarabağ”a məxsusdu. Ağdam klubu səfərdə “Zirə”ni 6:0 hesabı ilə məğlub edib.