“Mövsümün ən pis oyununu sərgilədik”
- 20 May 2024 11:40
- 244
“Bu matçdakı qələbə haqqımız deyildi. Həqiqətən də mövsümün ən pis oyununu sərgilədik”.
Rekord.az xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasında "Sabah"a 63:94 hesabı ilə uduzduqları final seriyasının ikinci matçı barədə danışarkən deyib.
Mütəxəssis qarşılaşmada xarakter göstərə bilmədiklərini bildirib: "Bu görüşdə konsentrasiya aşağı oldu. Sanki oyunçular pley-offda mübarizə apardıqlarını unutdular. Çünki heç nəyə ilk oyunda yekun vurulmur. Hər zaman dediyim kimi pley-off seriyasında enişli-çıxışlı performans ola bilər. İkinci matçda da bunu artıqlaması ilə yaşadıq. Məni ən çox əsəbiləşdirən də bu haldır".
Murat Dikmen basketbolçularından daha çox mübarizə gözlədiyini söyləyib: "Yekunda qalib gəlmək və məğlub olmaq normal hadisələrdir. Artıq final seriyasının üçüncü qarşılaşmasına hazırlaşacağıq. Ümid edirəm ki, bu dəfə göstərə bilmədiyimiz xarakteri üçüncü görüşdə ortaya qoyarıq".