
Mövsümün sonuna kimi "Səbail"də qalacaq
- 21 Fev 2025 15:00
- 204
Son günlər yayılan xəbərlərdən biri də Rüfət Abdullazadənin "Səbail"dən ayrılaraq Türkiyəyə üz tutacağı ilə bağlıdır.
Rekord.az-ın əldə etdiyi məlumata görə isə, futbolçuya Türkiyə klublarından maraq olsa da bu, menecerlər səviyyəsindədir.
Yəni hansısa klub rəsmi şəkildə "Səbail"ə müraciət etməyib. Bundan başqa, klub özü də indiki çətin vaxtda Rüfəti buraxmaq niyyətində deyil. Yəni Rüfət ən azı mövsümün sonuna kimi "Səbail" formasını geyinəcək.