Misli Premyer Liqasında tamaşaçı sayında mövsümün yeni rekordu qeydə alınıb.


Rekord.az xəbər verir ki, bu, 15-ci turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.


“Neftçi Arena”dakı qarşılaşmanı 7069 seyrçi izləyib. Azərbaycan derbisindəki tamaşaçı sayı mövsümün arxada qalan 15 turu üçün ən yüksək göstəricidir. Bunadək rekord IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsus idi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşdə 7000 tamaşaçı qeydə alınıb. Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyununda qonaq komanda üç cavabsız qolla qələbə qazanıb.