İngiltərənin “Mançester Siti” komandası 2021-ci ilin avqustundan bəri ilk dəfə bütün yarışlarda ardıcıl 3 oyunda məğlub olub.


Rekord.az xəbər verir ki, Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda bu antirekorda ötən gün Çempionlar Liqası matçında imza atıb.


Turnirin Liqa mərhələsinin 4-cü turunda Portuqaliya təmsilçisi “Sportinq”ə 1:4 hesablı məğlubiyyət “Mançester Siti” üçün cari mövsüm bütün turnirlərdə ardıcıl üçüncü yenilgi olub.


Qeyd edək ki, komanda buna qədər Premyer Liqada "Bornmut”a, İngiltərə Liqa Kubokunda isə "Tottenhem"ə 1:2 hesabı ilə uduzmuşdu.