"Mübariz Mənsimovun adını ortaya atan, vətən, millət, bayraq deyə hayqıran adam futbolu bilmir"
- 26 Noy 2019 13:00
- 1365
Bu günlərdə mətbuatda "Xəzər Lənkəran"ın borc məsələsi yenidən gündəmə gəldi.
Rekord.az xəbər verir ki, yazılanlarda "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov Ali İdman Arbitraj Məhkəməsinin qərarlarını icra etmədiyi qeyd olunub. Belə ki, o, legionerlərə olan borcunu ödəmir.
Bu barədə tanımış vəkil Aqil Layıcov sosial şəbəkədə yazıb. Vəkil bildirib ki, “Xəzər-Lənkəran”ın bir neçə xarici futbolçuya borcu qalıb:
"Xəzər Lənkəran" rəhbərliyi bu illər ərzində borclu qaldığı əcnəbi futbolçuların pullarını ödəməyib. Futbolçuların şikayəti gedib Ali İdman Arbitraj Məhkəməsinə çıxıb. Orada Azərbaycanla bağlı qərar çıxarılıb. Klubun sahibi - Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Ali İdman Arbitraj Məhkəməsinin qərarlarını icra etmir. Təkcə bir əcnəbi futbolçuya 70 min dollar ödənməlidir. Mübariz Mənsimovun xeyirxah addımlarını çox təqdir eləmişəm. Çox vətənpərvər kimi Azərbaycan adını yüksək tutduğuna da əminəm. Çox gözəl, buna qəti şübhəm yoxdur və mövqeyini səmimi qəbul edirəm. O zaman Mübariz Mənsimov “Xəzər Lənkəran”ın rəhbəri kimi niyə Ali İdman Arbitraj Məhkəməsinin kluba dair çıxardığı qərarları icra etmir? Bu, sual doğurur. Azacıq olsa da, bu işin içində olan şəxs kimi deyə bilərəm ki, burada “Xəzər Lənkəran”dan daha çox, ölkənin adı gündəmə gəlir. Belə bir mötəbər təşkilatda və ya təşkilatlarda ölkəmizin adı müsbət hallanmır. Həmin qərarlara əsasən, "Xəzər Lənkəran" əcnəbi oyuncuların haqlarını ödəməməsinə görə öz öhdəliklərini pozub. Məhkəmə qərarlarının icra olunmaması üçün heç bir obyektiv səbəb yoxdur. "Xəzər Lənkəran” fəaliyyətini dayandıra və ya müflis ola bilər, amma onun arxasında duran əsas şəxs - Mübariz bəy bunu ödəməlidir. Məhkəmə qərarında qeyd olunan məbləğlər Mübariz müəllim üçün heç nədir”.
Biz isə sözügedən məsləyə "Xəzər Lənkəran" klubunun münasibətini öyrəndik. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasına bunları dedi: "Bu, yeni bir məsələ deyil. Sadəcə, Aqil Layic adlı hüquşünas bunu gündəmə gətirmişdi ki, CAS-da XL bağl şikayətlər var və bu da ölkənin adına xələl gətirir filan. Mən də dedim ki, Türkyədən CAS-a ildə 788 şikayət gedir. Ölkə imicinə bununla xələl gəlir? Yoxsa onları AÇ-yə buraxmayacaqlar? Elə bu söhbətdən iki gün sonra FİFA tövsiyyə xarakterli müraciət açıqladı ki, legioner futbolçular Türkiyədən təklif alanda diqqətli olsunlar. Bir çox türk klubu futbolçuların maaşını verə bilmir. Sözsüz ki, xoş bir şey deyil. Klubun CAS-da problemi varsa, bununla öyünəsi deyilik. Amma dediyim kimi, buna görə Mübariz Mənsimovun adını ortaya atan, vətən, millət, bayraq deyə hayqıran adam demək ki, futbolu bilmir. CAS-da şikayət olunan o qədər "böyük beşlik" ölkə klubu var ki... Bu da futbolun bir parçasıdır. Bu arada onu da deyim ki, adam yeni söhbət açmayıb, 2015-də olan söhbətdən danışıb. 2016-cı ildən bu yana kluba hər hansı məktub gəlməyib".