“Mübarizədən qopmaq olmaz” - Bedri Meriç
- 15 Yan 2024 18:50
- 238
Azərbaycan Basketbol Liqasının 10-cu turu çərçivəsində baş tutan "Sabah"la oyundan sonra “Gəncə”nin baş məşqçisi Bedri Meriç qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 86:103 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
“Oyunda sanki nəfəsimiz çatmadı. Ribaundlarda istənilən kimi oynaya bilmədik. Bu amillər görüşün qırılma nöqtəsi oldu. Matça da arzulanan səviyyədə başlamadıq. Amma böyük fasilədən yaxşı qayıtdıq, üçüncü dövrədə hesabda önə də keçdik. Oyunçularımız meydanda yaxşı reaksiyalar verdilər. Lakin rəqibin oyununu da qiymətləndirmək lazımdır. Onlar 20 hücum ribaundu aldılar. Hücüm ribaundlarından 26 sayı atıblar. Oyunu da bunda uduzduq. Bu olmasaydı, başqa nəticə ola bilərdi. "Sabah" liqanın ən güclü klublarından biridir, çempionluğa oynayırlar. Qarşıdakı matçlara hazırlaşmalıyıq. Mübarizədən qopmaq olmaz. Azarkeşlərimizə dəstək üçün minnətdarıq".