“Müdafiədə aqressiv oynayıb vəziyyəti lehimizə dəyişməyi bacardıq”
- 15 Yan 2024 19:00
- 230
“Sabah”ın basketbol komandasının baş məşqçi əvəzi Nikola Bojinovski "Gəncə" ilə görüşdən sonra oyunla bağlı fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, o, 103:86 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Oyuna yaxşı başladıq. Oyunboyu hesaba nəzarət etdik. Hər bir heyət üzvü oynamaq şansı qazandı. İkinci hissədə oyunumuzda kiçik eniş olsa da, müdafiədə aqressiv oynayıb vəziyyəti lehimizə dəyişməyi bacardıq. Üçxallıq atışlarımız bu gün çox zəif - cəmi 17 faiz olsa da, bunu hücum ribaundları ilə sığortalamağı bacardıq.
Rəqibi yaxşı oyuna görə təbrik edirəm”.