“Müdafiədə daha məsuliyyətli olmalıyıq” - Renduliç
- 22 Sen 2024 20:49
- 120
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 7-ci turu çərçivəsində baş tutan “Səbail”lə səfər görüşündən sonra fikirlərini paylaşıb.
Rekord.az xəbər verir ki, o, 4:2 hesablı qələbəyə belə şərh verib:
"Biz bura xal götürməyə gəlmişdik. Buna görə oyunçularımı təbrik edirəm. Futbolçularım yaxşı oynadı. Amma mükəmməl oynadığımızı deyə bilmərəm. Çünki yenə qapımızda iki qol gördük. Buna görə də məmnun deyiləm. Hücum xəttinin oyununa görə razıyam. Bilirik ki, bizim üçün burada çətin olacaq. Sonuncu qələbəmizi iki il öncə əldə etmişik. "Səbail" yaxşı oynadı. Amma biz daha yaxşı idik".
Müdafiədə səbirli oynamalıyıq. Hər vəziyyətə 100 faiz yanaşmaq lazımdır. Bu sadəcə keyfiyyətdən asılı olan məsələ deyil. Hər vəziuyyətə yuxarıdan aşağı baxmaq lazım deyil, daha diqqətli oynamaq lazımdır. Bunu oyundan qabaq da demişdim. Müdafiədə daha məsuliyyətli olmalıyıq.
Oyunun başlanğıcında bəzi sarı vərəqələri qəbul edərəm. Amma hakimə şikayət edib, vərəqə almağı qəbul etmirəm.
Bu gün bir xaldan məmnun olmazdım. Çünki oyun başlayandan qələbəyə daha yaxın idik. Hələ VAR iki qolumuzu ləğv etdi”.