“Müdafiədə etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq”
- 21 Dek 2024 17:45
- 50
"Lənkəran"la matçda müdafiədə etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq”.
Rekord.az xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının 8-ci turunda "Lənkəran"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis oyuna ciddi yanaşdıqlarını söyləyib:
"Lənkəran"ın heyətində bəzi çatışmazlıqlar var idi. Onların oyunçuları müəyyən səbəblər dolayısı ilə hamısı yerində deyildi. Bütün bunlara baxmayaraq, oyuna ciddi yanaşdıq. Çünki ardıcıl iki dəfə uduzmuşduq. Məğlubiyyətlər komandada ruh düşkünlüyü yaratmışdı. Oyuna yaxşı hazırlaşdıq. Müdafiədə də etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq. Bunu da edə bildik. İstədiyimizi bacardıq. Komandamı təbrik edirəm. Yəqin ki, uğurlarımızın davamı gələcək. Biz daim analizlər edib, səhvlərimiz üzərində işləyib, daha yaxşı olmağa can atırıq. Çalışacağıq ki, növbəti turlarda da qələbə qazanaq. Lənkəran səfərindəki qələbə komandada özünəinamı da yüksəldəcək".
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş "Quba"nın 89:60 hesablı qələbəsi ilə bitib.