Müllerdən yeni rekord
- 02 Sen 2024 15:45
- 150
Yarımmüdafiəçi Tomas Müller “Bayern”də keçirdiyi rəsmi oyunların sayına görə rekordçu olub.
Rekord.az xəbər verir ki, bazar günü 34 yaşlı futbolçu Bundesliqanın ikinci turunun “Frayburq”la oyununun (2:0) 78-ci dəqiqəsində qol vurub.
Müller 1962-1980-ci illərdə Münhen klubunda çıxış edən Zepp Mayeri qabaqlayıb. O, “Bayern”in heyətində 710-cu oyununu keçirib.
Müller 2008-ci ildən Münhen komandasında çıxış edir, 12 dəfə Almaniya çempionu, altı dəfə Almaniya Kubokunun, iki dəfə Çempionlar Liqasının qalibi olub.
O, Almaniya millisinin tərkibində 2014-cü ildə baş tutan dünya çempionatında qızıl medal qazanıb.