Mundialda növbəti mərhələnin qrupları bəlli oldu
- 03 Okt 2022 11:09
- 416
Niderland və Polşanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Dünya çempionatında növbəti ilk qrup oyunları yekunlaşıb. "Rekord.az" xəbər verir ki, 4 qrupun hərəsindən ilk 4 yeri tutmuş komandalar ikinci etapa adlayıblar.
Bu mərhələdə mübarizə E və F olmaqla iki qrupda gedəcək. Hər qrupda 8 yığma yer alıb. İlkin qrup etapında komandaların qazandıqları qələbələr və xallar bu tura daşınıb. Əvvəlki qrup rəqibləri yenə eyni qrupa düşsələr də, ikinci mərhələdə bir-birinə qarşı oynamayacaqlar və digər qrupdan gəlmiş komandalarla qarşılaşacaqlar.
Qonşu ölkə Türkiyənin yığma komandası ilk etapda öz qrupunu lider kimi başa vuraraq F qrupuna düşüb. Burada mübarizəyə qələbə və xal sayına görə 3-cü yerin sahibi kimi başlayacaq. İlkin mərhələdən ikinci etapa maksimum nəticə göstərərək yüksələn yeganə kollektiv isə İtaliya millisidir. Appenin təmsilçisi bütün rəqiblərini xal vermədən məğlub edərək 15 xal qazanıb. Serbiya da İtaliya kimi bütün oyunlarda qalib gəlsə də bir xal az toplayıb.
Qeyd edək ki, mundialda ikinci mərhələ 4-9 oktyabr tarixlərində baş tutacaq. Qruplarda ilk 4 yeri tutacaq yığmalar növbəti mərhələyə yüksələcək. F qrupunun oyunları Polşanın Lodz şəhərində, E qrupunun qarşılaşmaları isə Niderlandın Rotterdam şəhərində təşkil olunacaq.
Dünya çempionatı
İkinci mərhələ
4-9 oktyabr
F qrupu
Serbiya - 14 xal, 5 qələbə
ABŞ - 12 xal, 4 qələbə
Türkiyə - 11 xal, 4 qələbə
Tayland - 10 xal, 4 - qələbə
Dominikan Respublikası - 11 xal, 3 qələbə
Polşa - 10 xal, 3 qələbə
Kanada - 8 xal, 3 qələbə
Almaniya - 7 xal, 3 qələbə
E qrupu
İtaliya - 15 xal, 5 qələbə
Çin - 12 xal, 4 qələbə
Belçika - 12 xal, 4 qələbə
Yaponiya - 12 xal, 4 qələbə
Braziliya - 12 xal, 4 qələbə
Niderland - 9 xal, 3 qələbə
Puerto-Riko - 6 xal, 2 qələbə
Argentina - 5 xal, 2 qələbə