
“Murad Musayevin dövründə bu oyunlar daha maraqlı keçirdi” – Qurban Qurbanov
- 22 Fev 2025 22:00
- 80
“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sabah”la qarşılaşıb.
Rekord.az xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov çox maraqlı oyun alındığını bildirib:
“Futbolçularıma təşəkkür edirəm. Oyunun sonlarına yaxın matçın sürəti artdı. Sanki bu matçda hansısa komanda məğlub olsaydı, çox üzülərdilər. Hər iki komanda 1 xal qazandı. Azarkeşlərimizə də təşəkkür edirəm. Sanki oyunun əvvəli bir az darıxdırıcı idi. Get-gedə matç daha da aktivləşdi. Murad Musayev “Sabah”ı çalışdıranda bu oyunlar daha maraqlı keçirdi.
Hazırda Kurban Berdiyev və Vasili Berezitskinin çalışdırdığı komandalar “Qarabağ”a məğlub olmayıb. Bu faktda nəzər yetirmisinizmi sualına mütəxəssis belə cavab verib:
Böyük təcrübə keçmiş məşqçilərdi. “Sabah”a yenə məğlub ola bilərdik. Bu normaldı. Bəlkə daha yaxşı analiz ediblər… Biz də analiz edirik. Belə bir termin yoxdu ki həmişə “Qarabağ” qalib gəlməlidi. Ümumən, komandadan razıyam. İşimizi sezonluq görürük. 7-8 futbolçunun müqaviləsi bitir. Hələ vaxtımız var. Ümumən futbol elə bir oyundu ki, fikirlərdə dəyişikliklər olur. İlin sonuna hələ var. Bu mövsümə köklənmişik”.