
Musa Qurbanlı mövsümün sonundan "Qarabağ"dan ayrılır - ÖZƏL!
- 20 Fev 2025 15:00
- 5478
Musa Qurbanlı böyük ehtimalla mövsümün sonunda "Qarabağ"dan ayrılacaq.
Rekord.az-a bununla bağlı maraqlı məlumat daxil olub.
Məlumata görə, komandanın baş məşqçisi, o cümlədən Musanın atası Qurban Qurbanov da bunun tərəfdarıdır. İş ondadır ki, Musa Ağdam klubundakı rəqabətə dözmür və əsas heyətdə özünə yer edə bilmir. Sadəcə, limit məsələsinə görə, Qurban Qurbanov onu heç yerə göndərə bilmirdi. Lakin yeni mövsümdən legioner limiti də ləğv olunub. Məhz bu qərardan sonra Musanın icarə qaydasında daha çox oynamaq şansı qazana biləcəyi kluba keçməsi məqbul sayılıb. Böyük ehtimalla, həmin klub yerli klublardan biri olacaq.