Azərbaycan Premyer Liqasının 2-ci turunda “Qarabağ” bu gün səfərdə “Sumqayıt”a qalib gəlib (2:0).

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi ilk qolu 90+4-cü dəqiqədə vurub. Qolun müəllifi Musa Qurbanlı olub. M.Qurbanlı qol sevincini atası Qurban Qurbanovla bölüşüb.

Qeyd edək ki, bu, Musanın 2022/23 mövsümü Premyer Liqada 2-ci qoludur.

Əlavə edək ki, “Sumqayıt”ın qapısından ikinci qolu isə 90+8-ci dəqiqədə Filip Ozobiç keçirib.