Müşahidə Şurasından Bordin və futbolçulara irad və tələb
- 08 Yan 2020 20:00
- 875
“Neftçi” PFK-nın Müşahidə Şurasının növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda əsas komandanın 2019/2020-ci illər mövsümünün ilk yarısındakı nəticələri və klubun fəaliyyəti müzakirə olunub.
Klubdakı fəaliyyətə müsbət rəy verilsə də, əsas komandanın çıxışı, xüsusilə Azərbaycan Kubokundan kənarda qalması qənaətbəxş hesab edilməyib.
Müşahidə Şurasının üzvləri icra orqanına fikirlərini bildirib, məşqçi və futbolçu heyəti ilə bağlı iradlarını çatdırıblar. Əsas komandanın qarşısına növbəti iki dövrədə maksimum nəticə qazanmaq tələbi qoyulub.