“Mustafa Seki çoxdan izləyirdik” - Roman Qriqorçuk
- 23 Avq 2024 23:36
- 183
“Biz Mustafa Seki çoxdan izləyirdik”.
Rekord.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk yeni transfer Mustafa Sekin keçidinə münasibət bildirərkən deyib.
Ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Seneqal əsilli ispaniyalı futbolçunun “ağ-qaralar”ı gücləndirə biləcək keyfiyyətli və təcrübəli oyunçu olduğunu söyləyib:
“Çox şadam ki, Mustafa Sek bizim oyunçu oldu. Biz onu çoxdan izləyirdik. Mustafa əsas transfer hədəflərimizdən biri idi. O, “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli futbolçudur. Mustafanın hazırda yaxşı formada olması da məni sevindirir. Buna görə də ümid edirəm ki, komandaya uyğunlaşmaq üçün çox zamana ehtiyacı olmayacaq”.
Paytaxt təmsilçisi ilə 3 illik müqavilə bağlayan müdafiəçi yeni komandasında 24 nömrəli formanı geyinəcək.