Sentyabrın 9-da Azərbaycan Alpinizm Federasiyasının ümumi yığıncağı keçirilib.

Rekord.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra, Azərbaycan Alpinizm Federasiyasının rəhbərliyinə seçki keçirilib. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev federasiyanın prezidenti seçilib. Yığıncaqda həmçinin Səyyarə Məmmədova federasiyanın vitse-prezidenti, Dilarə Cəfərova, Rinat Rəhimxanov və Abuzər Ağazdə İdarə Heyətinə üzv seçiliblər.

Yığıncaqda Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev çıxış edərək qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.